Ağcabədi rayonunda vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, görülən işlərin nəticəsi olaraq daha 4 müxtəlif kalibrli tüfəng könüllü təhvil verilib. Vətəndaşlara bu nümunəvi davranışları üçün təşəkkür olunub.
Bundan başqa, ötən gün rayon ərazisindən aşkar olunan 1 ədəd “Kalaşnikov” markalı avtomat və xeyli sayda patron da polis əməkdaşları tərəfindən həmin ünvandan götürülüb.
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilib