15 mart 2024 11:31
350

Dövlət büdcəsinin profisiti 1,3 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-fevral ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.5% azalaraq 6 milyard 555 milyon manat təşkil edib.

"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral ayında büdcənin xərcləri isə 43,5% artaraq 5 milyard 253 milyon manata yüksəlib.

Bu ilin ilk iki ayında dövlət büdcəsinin profisiti ötən ilin eyni dövrünə nisbətən 41% azalaraq 1 milyard 302 milyon manata enib. 2023-cü ilin eyni dövründə bu rəqəm 2 milyard 217,2 milyon manat təşkil edib.