2024-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3% artaraq 1865,2 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1410,4 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6%-ni təşkil edib.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 183,2 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb