2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili, 149 ədəd isə yük avtomobili istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25.9%, yük avtomobili istehsalı isə 33% artıb.
Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 232 ədəd minik, 64 ədəd isə yük avtomobili təşkil edib.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb