15 mart 2024 14:06
434

Azərbaycanda dəniz ilə daşınan yüklərin 50%-dən çoxu neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1273,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 50,5%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 2 072,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1 658,9 min tonunu və ya 80%-i tranzit yüklər təşkil edib.

“2024-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 42,9% artaraq 4 min nəfər olub.