COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün böyük əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç söyləyib.
Qlobal Bakı Forumunun mühüm beynəlxalq platforma olduğunu diqqətə çatdıran İ.Yosipoviç qeyd edib: “Bu Forumda iştirak etmək mənim üçün böyük şərəfdir. Tədbirin yüksək səviyyədə keçirilməsinə dair Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un bu günədək təşkil olunmuş konfranslardan daha uğurlu olacağını vurğulayan sabiq Prezident bildirib: “Konfransın Azərbaycanın beynəlxalq müstəvidə rolunun tanınması istiqamətində oynadığı rol əvəzsizdir. Ümid edirəm ki, COP29 Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir göstərəcək”.
"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib