Ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
F. Ələsgərov bildirib ki, hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb: “Çoxsaylı innovasiyalar hüquq-mühafizə orqanlarında uğurla tətbiq edilməkdədir. Texnoloji inkişaf, süni intellektin artırılması ilə bağlı işlər görülür".
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub