Yunanıstanla iqtisadi əməkdaşlığımızın genişlənməsi üçün potensial böyükdür.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Yunanıstanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, enerji sektorunda əməkdaşlıq ikitərəfli əlaqələrimizin əsasənı təşkil edir: "Enerji sahəsində Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Yaxın dövrdə keçiriləcək Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının iclası yeni əməkdaşlıq perspektivləri açır.
O, əlavə edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq var və münasibətlər qarşılıqlı hörmətə əsaslanır.
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub