Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.
Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub