Pəri bacaları, yeraltı şəhərləri, qayalarda oyulmuş tarixi kilsələri, ibadətgahları və monastırları ilə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Kapadokyaya bayram günlərində yerli və xarici qonaqlar axın edəcəklər. Rezervasiya müraciətlərinin artıq bir neçə gün əvvəldən başladığı bölgədə hava balonları, atlarla olan turlara və s. maraq da kifayət qədər yüksəkdir.

“İki sahil” "NTV"yə istinadla xəbər verir ki, Türkiyədə Ramazan bayramının 9 gün olması daxili bazarda tələbatı daha da artırıb.
Rezervlərə görə, xüsusilə bayramın ikinci günündən etibarən rayonda sıxlıq artacaq.

Bayramda yerli turistlərin Kapadokyaya göstərdiyi maraqdan məmnun olduqlarını söyləyən Nevşehir Turist Bələdçiləri Palatası (NERO) sədri Özay Onur bildirib ki, hazırda bayram günlərində otellərin doluluq nisbəti 98 faizdir:

“ Kapadokiyada iynə atsan, yerə düşməz. Buna bayramın 9 günə uzadılmasının böyük təsiri var.Dövlət rəsmilərimizə təşəkkür edirik. Kapadokiyada turizm mövsümü martın 15-dən noyabr ayına kimi başlayır. Lakin bayramla əlaqədar intensivlik erkən başlayıb.Turlarımıza da böyük tələbat var. Kapadokiya xoşbəxtdir. Kapadokiyaya alternativ çox deyil- mədəniyyət, təbiət və tarix dedikdə ağıla ilk gələn yerdir. Bayramda otellərin doluluq nisbəti yüksək olur”.
Günel Cəlilova, "İki sahil"