Azərbaycan Dillər Universitetində “Quiz on Korea” adlı viktorina keçirilib.
“İki sahil” xəbər verir ki, əcnəbilərin Cənubi Koreyaya marağını artırmaq məqsədi ilə keçirilən tədbir Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
“Quiz on Korea” viktorinası dünyanın müxtəlif ölkələrində keçirilir. Yerli yarışlarda qaliblər seçildikdən sonra final müsabiqəsi Koreyada keçirilir.
Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq belə tədbirlərin əcnəbilərə Cənubi Koreyanın adət və ənənələrini daha yaxşı başa düşməyə imkan verdiyini qeyd edib, həmçinin iştirakçılara uğurlar arzulayıb: “Biz yenidən Azərbaycanda “Quiz on Korea” viktorinasını keçirməkdən məmnunuq”.
Qeyd edək ki, viktorina Azərbaycanda 2017-ci ildən bəri ilk dəfə keçirilir.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.