Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə media nümayəndələri üçün mayın 15 və 17-də keçilən “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim proqramı başa çatıb.
“İki sahil” xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd media nümayəndələrini peşə etikası qaydalarını tənzimləyən, onların xəbərlərinin qərəzsiz və obyektiv olmasını təmin edən prinsiplər və təlimatlar üzrə maarifləndirmək olub. Bundan əlavə, təlim zamanı iştirakçılara hüquqi standartlar, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər, redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalist nüfuzunun qorunması, onun etik məsuliyyəti və öhdəlikləri haqqında məlumat verilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, Əməkdar jurnalist Natiq Məmmədli “Media subyektlərinin redaksiya siyasəti”, “Jurnalistlərin peşə davranış qaydaları və sosial şəbəkələrdə fəaliyyət” adlı sessiyalarda çıxış edərək media nümayəndələri ilə sözügedən mövzularda geniş fikir mübadiləsi aparıb. Təlim zamanı “Rəqəmsal mühitdə media brendinin qorunmasında yol verilən pozuntular” və “Sosial şəbəkələrdə jurnalist nüfuzunun qorunması problemləri” mövzusunda vörkşop da təşkil olunub.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.