19 may 2024 00:11
866

Gəncəçay can aldı

Gəncəçayda 14 yaşlı oğlanın meyiti aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin çayda boğularaq öldüyü bildirilir.

Qeyd edək ki, mərhumun yaxınları bu gün onun itkin düşdüyü barədə polisə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.