19 may 2024 11:37
454

Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb

Tovuzda bədbəxt hadisə baş verib.

“İki sahil” xəbər verir ki,  hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb.

Mərhumun oğlu 2000-ci il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.