19 may 2024 18:18
500

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin VI siniflərində keçirilən monitorinq uğurla başa çatdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

VI siniflər üzrə monitorinq bu il ilk dəfə keçirilib. Proses növbəti tədris illərində də davam etdiriləcək.

Ümumilikdə IV və VI siniflər üzrə aparılan monitorinqdə 300 000-ə yaxın şagird iştirak edib.