20 may 2024 01:29
657

FHN: 40 peşəkar xilasedicidən ibarət qrup və 2 helikopterlə İranda axtarışlara hazırıq

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib. 

“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.