20 may 2024 16:38
503

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, son bir həftədə paytaxt və regionlarda 200-dək işsiz və işaxtaran şəxsə həmin proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunan şəxslər ilk mərhələdə təlimlərə cəlb olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.