Bakının Binəqədi rayonunda iki avtomobil toqquşub.
“İki sahil” xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəza nəticəsində 1999-cu il təvəllüdlü İsgəndərov Coşqun Saməddin oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.