21 may 2024 11:14
304

Bakıda itkin düşən iki nəfər tapılıb

Bakıda itkin düşən iki nəfər tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Sabunçu rayonu ərazisində itkin düşmüş 2002-ci il təvəllüdlü, mayın 3-də isə Xətai rayonu ərazisində itkin düşmüş 1990-cı il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.