Mayın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında yeni sədrin və sədr müavinin seçilməsi üçün yığıncaq keçirilib.
YAP Daşkəsən rayon təşkilatı Aparatının məsul işçiləri Sərdar Xıdırov və Sənan Hüseynlinin iştirak etdikləri tədbirdə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Vüsal Rzayev sədr, Cavid Məmmədov isə sədr müavini seçilib.
Çıxış edənlər müasir və qüdrətli Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin suverenliyinin bərqərar olunmasından və işğaldan azad olunan ərazilərimizdə aparılan böyük quruculuq işlərindən geniş söhbət açıblar.
Tədbirdə bir nəfər gənc YAP üzvlüyünə qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbər, «İki sahil»