22 may 2024 11:02
299

Milli Məclisin komitə sədri dəfn müavinətlərinin verilməsini təklif edib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib.

“İki sahil” xəbər verir ki, M.Quliyev komitənin bugünkü iclasında bildirib ki, bunun üçün təxminən 10-12 milyon manat vəsait lazımdır.