22 may 2024 16:14
331

Bakıda çoxmərtəbəli binaların zəlzələyə davamlılığı müntəzəm monitorinq ediləcək

Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.