23 may 2024 09:47
392

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

Saat 07:30 radələrində Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb.

“İki sahil” xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində şəhəri Ə.Qəmküsar küçəsində suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.