03 iyun 2024 23:49
328

Şəhid Xudayar Mərdiyevin doğum günündə xatirəsi yad edilib

İyun ayının 3-də Biləsuvar rayonunun Bəydili kəndində I Qarabağ müharibəsi şəhidi Mərdiyev Xudayar Əsgər oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.

“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Mərdiyev Xudayar Əsgər oğlu 3 iyun 1973-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Biləsuvar rayon Bəydili kənd tam orta məktəbində təhsil almış və 1994-cü ilin yanvarında Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda sücaətlə vuruşmuş və cəbhənin Kəlbəcər istiqamətində ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12 fevral 1994-cü ildə Bəydili kənd qəbiristanlığında dəfn olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!