Qida Təhlükəsizliyi Agentliyindən “İki sahil”in sorğusuna cavab olaraq bildirilib ki, hər bir mikrodalğalı sobanın təlimat kağızında istifadə ediləcək qabların növləri və istifadəsi ilə bağlı məlumatlar öz əksini tapır. İstismar müddəti başa çatmış mikrodalğalı sobalarda radiasiya sızması ehtimalı olduğundan istifadəsi tövsiyə olunmur.

Müasir mikrodalğalı sobalarda istifadə olunan dalğalar radio dalğalar kimi qeyri-ionlaşdırıcıdır. Məlum olduğu kimi qeyri-ionlaşdırıcı şüalar xəstəliklərə, eləcə də xərçəng xəstəliyinə səbəb olmur (ultrabənövşəyi şüalar istisna olmaqla). Beləliklə, mikrodalğalı sobadan qaydalara uyğun istifadə insan sağlamlığı üçün hər hansı təhlükə təşkil etmir.
Yaqut Ağaşahqızı, “İki sahil”