05 iyun 2024 23:57
620

Şəhid Kərəm Hacıyevin anım günündə xatirəsi yad edilib

İyun ayının 5-də Biləsuvar rayonunun Bağbanlar kəndində I Qarabağ müharibəsi şəhidi Hacıyev Kərəm Təvəkkül oğlunun anım günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.

“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.  

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Hacıyev Kərəm Təvəkkül oğlu 13 iyul 1974-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olmuşdur. Biləsuvar rayon Bağbanlar kənd tam orta məktəbində təhsil almış və 1994-cü ilin yanvarında Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda sücaətlə vuruşmuş və cəbhənin Fizuli rayonu ərazisində düşmənin aramsız hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur.

5 iyun 1994-cü ildə Bağbanlar kənd qəbiristanlığında dəfn olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!