Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün könüllük proqramına qeydiyyat başa çatıb.
“İki sahil” xəbər verir ki, COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar.
Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.
"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib