Dağlar diyarı Lerik rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günü ilə əlaqədar tədbir baş tutub.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailə üzvlərinin, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin qatıldığı mərasimdə əvvəlcə şəhidin məzarını və adına olan parkda ucaldılmış büstünü ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Daha sonra şəhidin həyatı və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verən rayon rəhbəri Ə. Abbasov bildirib ki, Vətən torpaqlarının işğaldan azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman, qeyrətli övladlarının əziz xatirəsinə həmişə ehtiram göstərilir, onların keçdiyi şərəfli döyüş yolu bir nümunə kimi təbliğ olunur. 44 günlük haqq savaşımızda Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirib və öz qanları bahasına Vətən torpaqlarının azadlığı naminə tarix yazıblar. Şəhid mayor Amid Heydərovun adı da bu qəhrəmanların sırasında iftixarla çəkilir. Şəhid Amid Heydərovun döyüş fəaliyyəti, göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək tutulub. Ölkə başçısının müvafiq sərəncamları əsasında ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin azadlığına görə medallarına layiq görülüb.
Öz növbəsində şəhidin atası Rəbbil Heydərov şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq edib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb