İqlim dəyişikliyi ilə bağlı tədbirlər görmək üçün bütün qrupların səsləri vacibdir.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“Dünyadakı qrupların səsləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyi ilə mübarizəyə dair fəaliyyət üçün çox vacibdir. Bonn İqlim Konfransı Bakıda keçiriləcək COP29-dan əvvəl bu məsələdə irəliləyiş əldə etmək üçün mühüm fürsətdir. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Latın Amerikası və Karib Hövzəsi Ölkələrinin Müstəqil Assosiasiyasının, Ərəb Qrupu, Amerika Xalqları üçün Bolivar Alyansının (ALBA) nümayəndələri ilə görüşüb”, - paylaşımda qeyd edilib.
"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib