15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilib, Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Sonra YAP Naxçıvan şəhər təşkilatının qərargahında görüş keçirilib.
Daha sonra Zəfər parkı, Möminə Xatun türbəsi, Xan sarayı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Heydər məscidi, Naxçıvan Döyüş şöhrəti muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf” ziyarətgahı ziyarət olunub.
Naxçıvan Muxtar Respublikasına səfər və tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaradıb.