15 iyun 2024 13:42
382

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, ziyarət zamanı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.