Azərbaycan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün Qoşulmama Hərəkatına sədrlik təcrübəsindən istifadə edəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə iqlim fəaliyyətinə dair forumda çıxışı zamanı deyib.
“COP29-da biz ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi zamanı əldə etdiyimiz təcrübədən uğurla istifadə edə bilərik. Azərbaycan çalışır ki, bütün ölkələr qarşılıqlı maraq doğuran məsələlərlə bağlı dəstəklərini ifadə etsinlər. Bütün tərəfləri iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməyə çağırsınlar”, - o bildirib.