2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının ümumi sayı 369-a yüksəlib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
Bildirilib ki, dünən və bu gün daha bir ANAMA əməkdaşı Ermənistanın basdırdığı mina partlayışında həlak olub, bir neçəsi isə ağır yaralanıb:
"Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatını hələ də təhdid edir. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib. Bu ölümcül təhlükə ilə mübarizə üçün beynəlxalq səylərin səfərbər edilməsi insan həyatının qorunması naminə hər zamankından daha vacibdir".
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub