Tovuzda zəncirvari qəza olub.
“İki sahil” xəbər verir ki, hadisə Tovuz şəhərinin Musa Musayev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, küçədə hərəkətdə olan minik maşınının sürücüsünün sükan arxasında səhhəti pisləşib. Bu zaman idarəetmənin itməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb. Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb. Ölən şəxsin rayonun Aşağı Öysüzlü kənd sakini 1956-cı il təvəllüdlü Cəfərov Nikolay Nuru oğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub