“Azərbaycan Dəmir Yolları” QSC (ADY) növbəti “Təhlükəsizlik həftəsi”ni elan edib.
“İki sahil” xəbər verir ki, ADY-dan verilən məlumata görə, 24-30 iyun tarixlərini əhatə edən kampaniyada əsas məqsəd - dəmir yolu xidmətlərindən istifadə edən, dəmir yolları ətrafında yaşayan insanları təhlükəsizlik qaydalarına əməl etməyə çağırmaq və təhlükəsizlik səviyyəsini artırmaq üçün ADY-nin həyata keçirdiyi tədbirləri geniş ictimaiyyətə çatdırmaqdır.
“Siz də dəmir yollarında təhlükəsizliyə risk yaradan hallarla qarşılaşdığınız zaman 1822 Əlaqə Mərkəzini məlumatlandıraraq “Təhlükəsizlik həftəsi”nə töhfə verə bilərsiniz”, - məlumatda qeyd olunur.
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib