Xankəndi şəhərində ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, anlaşma memorandumunu Baş prokurorunun müavini Heydər Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb.
Qeyd edilib ki, memorandum ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib