26 iyun 2024 16:10
180

NATO Ukraynaya davamlı dəstək haqqında sazişi müzakirə edir

NATO üzvləri ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində yaxın illərdə Ukraynaya davamlı dəstək haqqında sazişin bağlanması imkanlarını müzakirə edirlər.

“İki sahil” xəbər verir ki, “Foreign Policy” jurnalının yazdığına görə, bu yolla alyans üzvləri ölkə prezidentinin dəyişiləcəyi təqdirdə ABŞ-ın dəstəyinin həcmini saxlamağa ümid edirlər.

Nəşrin yazdığına görə, söhbət Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq “107 milyard dollar dəyərində çoxillik yardım paketi”ndən gedir. Artıq bir neçə ölkə, o cümlədən Almaniya və Fransa buna qarşı çıxıb. Jurnalın məlumatına görə, təşəbbüskarlar bu paketin NATO-nun illik xərclərinə əlavə olub-olmayacağını və ya onların bir hissəsinə çevriləcəyini dəqiqləşdirməyiblər.

“Foreign Policy” vurğulayır ki, NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri indi Ukraynaya uzunmüddətli dəstəyi davam etdirməyi öhdələrinə götürməlidirlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”