26 iyun 2024 16:29
172

Putin konqolu həmkarı ilə beynəlxalq məsələləri müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Denis Sassu Nqesso ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Rusiya-Konqo münasibətlərinin müxtəlif sahələrdə inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə etmək planlaşdırılır”, - deyə bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”