26 iyun 2024 17:06
241

Şimali Koreya yenidən Cənubi Koreyanı zibilləyib

KXDR yenidən zibil balonlarını Koreya Respublikasına göndərib.

“İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya paytaxtının hakimiyyət orqanları məlumat yayıb.

“Yerli vaxtla saat 21:16-da Kyonqi vilayətinin şimal bölgələrində səmada Şimali Koreyadan atılan hava şarları olduğu güman edilən obyektlər aşkar edilib”.

Bildirilib ki, KXDR oxşar aksiyanı iyunun 24 və 25-də də həyata keçirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”