
“İki sahil” xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, 2023-cü ilin aprel ayı etibarilə Türkiyənin 81 vilayətində ilk avtomobili olan T10X-i istifadəçilərinə təqdim edən “Togg” qlobal və yerli prestijli siyahıların başındadır.
Beynəlxalq müstəqil marka qiymətləndirmə konsaltinq şirkəti Brand Finance tərəfindən dərc edilən "Türkiyə 125 - Türkiyənin Ən Dəyərli Markaları" siyahısına “Togg”un T10X modelini istifadəçilərinə təqdim etdiyi ilk ildə 182 milyon dollar marka dəyəri ilə 20-ci sırada daxil oldu.

Siyahı “Brand Finance” tərəfindən 41-dən çox ölkədə 31 fərqli sektorda fəaliyyət göstərən 6 mindən çox şirkətin brend qavrayışı ilə bağlı apardığı “Qlobal brend dəyəri izləmə araşdırması” hesabatının bir hissəsini təşkil edir.
Digər tərəfdən İSO-nun açıqladığı “Türkiyənin 500 ən böyük sənaye müəssisəsi araşdırması” siyahısında 42-ci olan şirkət, keçən il 24,3 milyard lirəlik satış gəliri ilə nəhənglər siyahısında yer alıb.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib