Bakıda keçirilən “Baku Investment Day” (Baku ID) tədbiri çərçivəsində Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcinin media nümayəndələri ilə görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, görüş çərçivəsində Alper Gezeravci "Baku ID" tədbirinin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Alper Gezeravci “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında iştirak edib.
Panel müzakirəsinin sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası da keçirilib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır