Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) “Kağızsız hökumət”ə keçid çərçivəsində “ASAN İnnovasiyalar Mərkəzi”nin texniki dəstəyi ilə Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (MESD) sisteminə inteqrasiya olunub.
"İki sahil” MDM-ə istinadən xəbər verir ki, MESD sisteminə qoşulma digər dövlət qurumları ilə səmərəli kommunikasiyanın qurulmasına və müasir texnoloji həllərin tətbiqinə yönəlib. Bu, həmçinin “MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası”na uyğun olaraq kargüzarlıq sisteminin təkmilləşdirilməsini və yenilənməsini mümkün edəcək, sənəd dövriyyəsinin daha sürətli və səmərəli olmasına, məlumatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl şifrələmə texnologiyalarından istifadə edilməsinə imkan yaradacaq.
Kağız əsaslı əməliyyatların azaldılması nəticəsində əməliyyat vaxtı və xərcləri əhəmiyyətli dərəcədə azalacaq.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır