Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib. Nazir cari ilin 1-3 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək Yaşıl Enerji Keçidi Konqresi və Sərgisində iştirak edəcək.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, tədbir çərçivəsində energetika nazirinin “İnkişaf etməkdə olan iqtisadiyyatların iqlim hüquqları: COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair fikirlər” adlı sessiyada çıxışı və “Enerji keçidi üzrə davamlı beynəlxalq fəaliyyətlər” adlı panel müzakirələrdə iştirakı, eləcə də ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Yaşıl Enerji Keçidi Konqresi müxtəlif ölkələrdən, təşkilat və şirkətlərdən iştirakçıların bir araya gəldiyi və enerji keçidinin sürətləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı platformadır.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır