Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində keçirilən Dünya Enerji Konqresi çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və İtaliyanın “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşlər keçirib.
“İki sahil” Energetika Nazirliyinə istinadla xəbər verir ki, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Enerji sahəsində əməkdaşlığın inkişafında Enerji üzrə Birgə İşçi Qrupunun fəaliyyətindən bəhs edilib. Pakistana uzunmüddətli LNG təchizatı üzrə imzalanmış müqavilənin icrası, eləcə də COP29 çərçivəsində əməkdaşlıq və qlobal enerji keçidini təmin edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşdə isə şirkətlə mövcud əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib. Şirkətin fəaliyyətində bərpa olunan enerji sahəsinə, xüsusilə dənizdə külək enerjisinə istiqamətlənməsi və Azərbaycanın Xəzər dənizində külək enerjisinin inkişaf etdirməsi, “yaşıl enerji dəhliz”lərinin həyata keçirməsi kontekstində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Söhbət zamanı şirkətin dənizdə külək enerjisi üzrə dəniz obyektlərinin quraşdırılması ilə bağlı fəaliyyət və planlarını əks etdirən təqdimat nümayiş etdirilib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır