Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə (İFC) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müəyyənləşdirilmiş hədəflər və iqlim maliyyəsi üzrə ümumi öhdəliklərlə bağlı məsələlər müzakirə edib.
“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovvə İFC-nin iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüsson arasında keçirilən görüşdə aparılıb.
M. Cabbarov C. Fergüssonla videokonfrans formatında görüş keçirib.
Görüşdə Azərbaycanda keçiriləcək COP29 tədbiri, “yaşıl” keçid, sahibkarlığın inkişafı məsələləri nəzərdən keçirilib. Tərəflər COP29 çərçivəsində müəyyənləşdirilmiş hədəflər, iqlim maliyyəsi üzrə ümumi öhdəliklər və digər potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır