Azərbaycan bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Seçki Qrupunun toplantısında iştirak edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun toplantısında ölkəmizdə uzunmüddətli dayanıqlı inkişafı və rifahı şərtləndirən ardıcıl islahatların həyata keçirilməsindən danışdıq, əsas makroiqtisadi göstəricilər və maliyyə sektorunun inkişaf tendensiyaları ilə bağlı tədbir iştirakçılarına məlumat verdik. Həmçinin COP29 kimi qlobal əhəmiyyətli tədbirə Azərbaycanın ev sahibliyi etməsi və bundan irəli gələn fəaliyyətlərin əhəmiyyətini bir daha vurğuladıq", - deyə o qeyd edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır