Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müxtəlif perspektivlərdən ESG məsələləri ilə sıx bağlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Sammiti: Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları" mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, bu ilin əvvəlindən KOBİA ESG prinsiplərini özündə birləşdirən Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub.
Orxan Məmmədov bildirib ki, ESG prinsiplərinin tətbiqinin bizneslər üçün faydaları aydındır. Bu prinsiplər davamlı inkişafı təmin etməyə, risklərə qarşı dayanıqlılığı artırmağa, beynəlxalq maliyyə resurslarına və bazarlara çıxışı genişləndirməyə və ümumi biznes idarəçiliyini optimallaşdırmağa kömək edir.
“KOBİA bütün maraqlı tərəflər, o cümlədən bizneslər arasında ESG prinsiplərini təbliğ etməyə davam edir. ESG bütün müvafiq dövlət orqanlarının, biznes qurumlarının, birliklərin, akademik dairələrin və ictimaiyyətin birgə səylərini tələb edən hərtərəfli məsələdir”, - deyə o vurğulayıb.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib