MDB ölkələrinin müdafiə nazirlərinin Minskdə keçiriləcək iclasında 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi hazırlanacaq.
"İki sahil" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.
“MDB ölkələrinin Müdafiə Nazirliklərinin birgə işinin məzmununda ən mühüm məsələ, şübhəsiz ki, MDB iştirakçısı olan dövlətlərin 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası layihəsinin hazırlanması olacaq. Bu, ortamüddətli perspektivdə ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün aydın prioritetləri və yeni təlimatları əks etdirməlidir”, - o, MDB Müdafiə Nazirləri Şurasının iclası başlamazdan əvvəl bildirib.
Xatırladaq ki, bir gün əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənov hərbi paradda və MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Belarusa səfər edib.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB