Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində investisiya əməkdaşlığı üzrə işçi qrupu yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.
Bildirilib ki, tərəflər həmçinin öz müəssisələrinin Azərbaycan və Çində qarşılıqlı investisiya qoyuluşu və biznesin inkişafında, o cümlədən onların rezident qismində Azərbaycan və Çinin azad iqtisadi zonalarının və sənaye parklarının fəaliyyətində qarşılıqlı iştirakını dəstəkləyirlər. Çin Azərbaycanla neft və qaz, neft-kimya, eləcə də "yaşıl enerji", elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar, süni intellekt və kosmik sahədə sərmayə əməkdaşlığının inkişafını alqışlayır.
Bəyannaməyə əsasən, tərəflər iki ölkənin müəssisələri üçün əlverişli şərtlər və lazımi şərait yaratmağa, əməkdaşlıq layihələrinin və müəssisələrinin heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazır olduqlarını bildirbrlər.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB