“Çin Dəmir Yolu Qrupu” Çin-Avropa dəmir yolu ilə yükdaşımalarda əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verib.
“İki sahil” “Çin Dəmir Yolu Qrupu”nun məlumatına istinadla xəbər verir ki, qatarlar həftədə bir dəfə hərəkət edəcək. Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də yola düşüb.
Bildirilir ki, yeni marşrut Çin-Avropa yük qatarları şəbəkəsi boyunca iqtisadi-ticari əməkdaşlığa və “Kəmər və yol” təşəbbüsünün inkişafına töhfə vermək məqsədilə açılıb.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır